Gürcüstanın baş nazirindən istefa xəbərlərinə sərt reaksiya

  • Müəllif: Firuzə
  • 07 Sentyabr 2026 13:17

Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətdə dəyişikliklərin ediləcəyi və istefası verəcəyi barədə yayılan məlumatları cəfəngiyat adlandırıb.

Gununsesi.info xəbər verir ki, hökumət başçısı jurnalistlərə açıqlamasında ona hər üç aydan bir istefası ilə bağlı sual verildiyini deyib.

Baş nazir bu sualı üç aydan sonra ona yenidən veriləcəyini gözlədiyini əlavə edib.

Kobaxidze Acarıstan Muxtar Respublikasının hökumət başçısı Zurab Pataradzenin Baş nazir postunu tutacağı barədə yayılan informasiyaların böhtan olduğunu bildirib.

Qeyd edək ki, Gürcüstanın bəzi müxalifyönlü KİV-ləri hökumətdə dəyişikliklərin ediləcəyi barədə məlumatlar yayıb. Hakim komanda üzvləri isə hökumət dəyişiklikləri ilə bağlı hər hansı bir plan və ya ideyanın olmadığını bildirirlər.

Gununsesi.info