Rusiyalı müğənninin qızı 22 yaşlı Artemlə evlənir

  • Müəllif: Şəbnəm
  • 07 Sentyabr 2026 18:10

Rusiyalı müğənni Lyubov Uspenskayanın 36 yaşlı qızı Tatyana Plaksina ailə qurmağa hazırlaşır.

Gununsesi.info xəbər verir ki, bu barədə sentyabrın 2-də “TV Mərkəz” telekanalında yayımlanan “Xvatit sluxov!” verilişində məlumat verilib.

Plaksinanın 22 yaşlı Artem Moskvinlə nişanlandığı bildirilib. Moskvin evlilik təklifini üzük olmadan edib və gələcək həyat yoldaşı üçün almaz qaşlı üzüyün təxminən 1 milyon rubla başa gələcəyini deyib.

Plaksina isə üzükdə əsas istəyinin almaz qaşların olması olduğunu bildirib.

Gələcək qayınana Lyubov Uspenskaya isə Moskvinə işləməyi və bahalı rəsm əsərləri sataraq qızına layiqli üzük almağı tövsiyə edib.

Uspenskaya zarafatla bildirib ki, qızı boşanmaq qərarına gəlsə, kürəkənini özünə saxlayacaq.

Cütlüyün toyla bağlı planları hələ açıqlanmayıb.

Tatyana Plaksina ilə incəsənətşünas və sənət əsərləri alverçisi Artem Moskvin arasında 14 yaş fərq var. Onların təxminən səkkiz aydır münasibətdə olduğu və gələcəklə bağlı birgə planlar qurduğu bildirilir.

Cütlük əvvəllər Plaksinanın işçisi olmuş ortaq tanışları vasitəsilə tanış olub. Yaş fərqinin onların münasibətinə mane olmadığı qeyd edilir.

 

 

İlhamə

Gununsesi.info