Beyləqanda avtomobillər toqquşub, ölən və yaralanan var

  • Müəllif: Şəbnəm
  • 07 Sentyabr 2026 19:44

Beyləqan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə rayon yolunda qeydə alınıb.

Belə ki, “Ford” və “VAZ” markalı avtomobillər toqquşub. Nəticədə 64 yaşlı Seymur Kərimov və onun qızı, 30 yaşlı Aytən Muradova müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya çatdırılıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq, S. Kərimovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.(report)