Media və Yayım Şurasının sədri və üzvləri təyin edildi - SƏRƏNCAM

  • Müəllif: Şəbnəm
  • 08 Sentyabr 2026 14:18
Prezident İlham Əliyev Azərbaycan Respublikası Media və Yayım Şurası sədrinin və üzvlərinin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Gununsesi.info  xəbər verir ki, sərəncama əsasən, aşağıdakı şəxslər Azərbaycan Respublikası Media və Yayım Şurasının sədri və üzvləri təyin ediliblər:
Media və Yayım Şurasının sədri
İsmayılov Əhməd Məhəmməd oğlu
Media və Yayım Şurasının üzvləri
Abdullayev Məhəmməd İzzət oğlu
Bəşirli Aynur Əliövsət qızı
Kərimova Rəqsanə Tofik qızı
Məmmədov Fərhad Rauf oğlu
Nadirov İlkin İlqar oğlu
Novruzov Fazil Hacıverdi oğlu.