Həbs olunduğu deyilən modelyer: "Bu, tamamilə yanlış məlumatdır"

  • Müəllif: Şəbnəm
  • 08 Sentyabr 2026 17:55

Tanınmış modelyer Leyla Əhmədovanın həbs edilməsi ilə bağlı xəbər yayılıb.

Bildirilib ki, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunur və ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.

Məsələ ilə bağlı modelyerlə əlaqə saxladıq.

Gununsesi.info -ya danışan tanınmış modelyer xəbərin həqiqətə uyğun olmadığını bildirib:

“Bu məlumatı yayan şəxs atamın düşmənidir. Mənim Moda Muzeyimin açılışına bunlar çox kədərləndilər deyə belə bir gülməli məlumat yaydılar.

Hər kəs mənə zəng edir. Bu məlumat mənə də gülməli gəlir. Məlumatı yayanlar böyük səhvə yol veriblər. Onlar gərək əvvəlcə hər iki tərəfdən məlumat alıb, daha sonra bunu yayaydılar. Birbaşa belə məlumat yaymaq olmaz.

Mən Azərbaycanın tanınmış modelyeriyəm, muzey açmışam. Bu, tamamilə yanlış məlumatdır. Məsələni dərindən araşdıracağam. Əgər belə bir xəbər olsaydı, Xətai Rayon Məhkəməsi tərəfindən məlumat yayılardı. Qeyd etdiyim kimi, bu, tamamilə yanlış məlumatdır”.

 

Şəbnəm Rəhimova

Gununsesi.info