“ABŞ dərhal Qrenlandiyada böyük bir hərbi baza yaratmaq prosesinə başlayacaq, orada iki hərbi baza tikəcəyik”.
Gununsesi.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı bildirib.
“Amerika qitəsini, eləcə də Avropanı və digər bölgələri qorumaq üçün lazım olan hər şeyi etmək üçün tam imkana malik olacağıq”, – Tramp qeyd edib.











