Prezidentdən “AzerGold”la bağlı SƏRƏNCAM

  • Müəllif: Şəbnəm
  • 23 Sentyabr 2026 17:19

“AzerGold” QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, şuraya daxil olan İnvestisiya layihələrinin və infrastrukturunun maliyyəsi şöbəsinin müdiri Mehman İsmayılov Maliyyə Nazirliyi Aparatının Maliyyə xidmətləri və dövlət müəssisələri üzrə siyasət şöbəsinin müdiri Gündüz Əliyevlə əvəzlənib.

 

Gununsesi.info