Şahin Mustafayev: Azərbaycan-Çin ticarəti 2,6 milyard dollara çatıb

  • Müəllif: Firuzə
  • 23 Sentyabr 2026 19:18

Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir.

Gununsesi.info xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Çin Xalq Respublikasının yaradılmasının 77-ci ildönümünə həsr olunmuş tədbirdə deyib.

Ş.Mustafayev qeyd edib ki, Çin Azərbaycanın əsas iqtisadi və ticarət tərəfdaşlarından, Azərbaycan isə Çinin Cənubi Qafqazdakı ən böyük ticarət tərəfdaşıdır:

“2026-cı ilin ilk 7 ayında Azərbaycanla Çin arasında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 faiz artaraq 2,6 milyard ABŞ dollarına çatıb”.

Gununsesi.info