Formula 2 Azərbaycan Qran-Prisində qalib məlum oldu – YENİLƏNİB

  • Müəllif: Orxan
  • 26 Sentyabr 2026 12:30

Formula 2 Azərbaycan Qran-prisində qalib məlum olub.

Gununsesi.info xəbər verir ki, “İnvicta Racing” komandasından Rafael Kamara bu yarışda birinci yeri tutub.

“Campos Racing”dən Nikola Tsolov ikinci, “Rodin Motorsport”dan Aleks Dann üçüncü olub.

Qeyd edək ki, Formula 1 Azərbaycan Qran-prisində əsas yarış bu gün saat 15:00-dabaşlayacaq.

***

Bakıda keçirilən Formula 2 Azərbaycan Qran-Prisində ikinci əsas yarışa start verilib.

Gununsesi.info xəbər verir ki, sessiyada 11 komandadan 22 pilot mübarizə aparır.

Günün əsas yarışı isə Formula 1 Azərbaycan Qran-Prisinin əsas yürüşü olacaq. Yürüş saat 15:00-da başlayacaq.

Gununsesi.info