Konstitusiya Araşdırmalar Fondunun prezidenti, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, tanınmış ictimai xadim Əliməmməd Nuriyevin ailəsində toy mərasimi keçirilib.
Gununsesi.info-nun xəbərinə görə, Əliməmməd Nuriyevin oğlu Toğrul ailə həyatı qurub.
Paytaxtda yerləşən “Elite Events Hall” restoranında təşkil olunan toy mərasimində Milli Məclisin deputatları, media rəhbərləri, tanınmış ictimai xadimlər, eləcə də məhkəmə-hüquq sisteminin bir sıra simaları iştirak ediblər.
Mərasimin açılışını Xalq artisti Alim Qasımov edib. Toyda, həmçinin Xalq artisti Tünzalə Ağayeva və digər tanınmış müğənnilər çıxış edərək öz ifaları ilə məclisə rəng qatıblar.
Gununsesi.info olaraq, Toğrul və xanımını təbrik edir, gənc ailəyə xoşbəxtlik, sevgi və firavanlıq arzulayırıq.

Günay Mahirqızı
Gununsesi.info












