Bakının iki rayonunda qaz olmayacaq

  • Müəllif: Firuzə
  • 28 Sentyabr 2026 09:28

Bu gün paytaxtın iki rayonunun bəzi ərazilərinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Bu barədə Gununsesi.info “Azəriqaz”a istinadən xəbər verir.

Məlumata görə, qaz xəttinin yerinin dəyişdirilməsi və “Qaz İxrac” İdarəsi tərəfindən aparılacaq təmir işləri ilə əlaqədar 28.09.2026-ci il tarixində saat 10:00-dan Suraxanı rayonunun AB yaşayış massivinin, saat 11:00-dan 13:00-dək Qaradağ rayonunun Vulkan ərazisinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.

Gununsesi.info