Türkiyənin tanınmış müğənnisi Ebru Gündeş növbəti dəfə plastik əməliyyat elətdirib. Sənətçi üz gərmə əməliyyatı sayəsində təxminən 10 il cavanlaşıb.
Gununsesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, plastik əməliyyat etdirdiyini müğənni özü açıqlayıb. Ebru Gündeş üz gərmə əməliyyatı üçün 10 milyon türki lirəsi (təxminən 360 min manat) xərclədiyini bildirib. Sevilən sənətçi “10 milyon xərcləyib 10 il cavanlaşdım. Yeni imicmni bəyəndiniz?”, – deyib.
Pərəstişkarları sənətçinin açıqlamalarına biganə qalmayıblar. Minlərlə insan Gündeşin ünvanına təriflər yağdırıb.














