Sumqayıt şəhərinin 5-ci mikrorayonunda, Azpetrol ilə üzbəüz yerləşən “Sevimli Dad” mağazası (M&T LTD) kassir vəzifəsi üzrə iş elanı yayıb.
Gununsesi.info xəbər verir ki, elana əsasən, işçinin əməkhaqqı 400 AZN təşkil edir. İş qrafiki isə 08:00-dan 23:00-dək, növbəli şəkildə – 1 gün iş, 1 gün istirahət prinsipi ilə müəyyənləşdirilib.
Namizədlərə qoyulan tələblər arasında 18–35 yaş aralığı, satış sahəsində təcrübəyə üstünlük verilməsi və rus dili biliyinin arzuolunan olması qeyd edilib.
Şirkət tərəfindən stabil iş mühiti, karyera inkişafı imkanı və gündəlik yemək xərclərinin qarşılanacağı bildirilib.
Lakin elanda göstərilən əməkhaqqı, iş saatları və iş rejimi sosial şəbəkə istifadəçiləri arasında narazılığa səbəb olub.
Xüsusilə 08:00-dan 23:00-dək olan iş saatları və 400 manat əməkhaqqı müzakirə mövzusuna çevrilib.
Qeyd edək ki, elanda növbəli iş rejiminin “1 gün iş, 1 gün istirahət” formasında olduğu bildirilib.
Şirkət həmçinin bu qrafikə və digər tələblərə uyğun olmayan namizədlərdən müraciət etməməyi xahiş edib.
Məsələ ilə bağlı mağazanın və ya şirkət rəhbərliyinin əlavə açıqlaması məlum deyil.
Elmar










