“Bizim üçün önəmli olan dövlətin qərarlarıdır”

“Məktəblərdə hicab taxılması, dini etiqad azadlığı və dünyəvi təhsilin prinsipləri cəmiyyətdə müzakirə olunan mövzulardandır. Amma bizim üçün önəmli olan dövlətin qərarlarıdır”.

Bu fikirləri Gununsesi.info -ya açıqlamasında Xalq artisti, görkəmli kino aktrisası Həmidə Ömərova deyib.

Onun sözlərinə görə, təhsil müəssisələrində müəyyən edilmiş qaydalarla şəxsi seçim hüququ arasında tarazlıq qorunmalıdır.

Aktrisa dini inanclara münasibətdə qarşılıqlı anlayışın vacibliyinə diqqət çəkib.

O, məktəblərdə bütün şagirdlərə bərabər yanaşılmasının əhəmiyyətini vurğulayıb.

“Bu mövzuda qərarlar verilərkən həm təhsilin əsas prinsipləri, həm də insan hüquqları nəzərə alınmalıdır”. 

 

 

Şəbnəm

Gununsesi.info