“Uşaqları alət etməyin” -KƏMALƏ AĞAZADƏ ÇAĞIRIŞ ETDİ

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məktəblərdə vahid geyim qaydalarına qarşı etiraz edənlərə münasibət bildirib. 

Gununsesi.info bildirir ki, bu barədə Kəmalə Ağazadə öz sosial media hesabında paylaşım edib:

“Etdiklərinizi anlayırsınız? Bu gün məktəblərdən çəkilən videolardan, paylaşımlardan vahid geyim qaydalarına qarşı etirazlar, xüsusilə İranın ideoloji təsirlərinə yaxın mövqelərin təşviqi, Azərbaycanın dünyəvi dövlət prinsiplərinə, milli dəyərlərinə və təhsil siyasətinə təsir göstərmək cəhdləri daha aydın bəlli olub.

Belə bir şəraitdə qanunun aliliyinin və dünyəviliyin qorunmasına, dövlətimizin dünyəvi prinsiplərinə dəstəyin ifadə olunmasına ehtiyac var. Belə davam edərsə, asayişi, qanunu pozanlara qarşı DİN tərəfdən yenə də müdaxilələr ola bilər.

Uşaqları alət etməyin!!!”.

 

 

Şəbnəm

Gununsesi.info