Tramp Rusiyaya qarşı rüsumları 500 faiz artırdı – 5 ölkə də hədəfdə

  • Müəllif: Orxan
  • 17 Oktyabr 2026 09:16

ABŞ Prezidenti Donald Tramp Rusiyadan idxal olunan mallara tətbiq edilən rüsumların 500 faiz artırılması barədə fərman imzalayıb.

Gununsesi.info xəbər verir ki, yeni qərar Rusiya enerji daşıyıcılarının ən böyük alıcılarına və sanksiyalardan yayınmağa kömək edən ölkələrə qarşı əlavə rüsumların tətbiqini də nəzərdə tutur.

Oktyabrın 16-da imzalanan fərmana əsasən, Rusiya mallarına tətbiq edilən rüsumlar 500 faiz artırılır.

Rusiya nefti və təbii qazının beş ən böyük idxalçısına münasibətdə isə əlavə tədbirlər nəzərdə tutulur. Həmin ölkələr 2026-cı il oktyabrın 18-dən etibarən Rusiyadan yeni enerji xammalı alışını bilərəkdən davam etdirərlərsə, onlardan idxal edilən mallara rüsumlar 100 faiz artırılacaq.

Bundan başqa, ABŞ hakimiyyətinin qiymətləndirməsinə görə, Rusiyanın neft sektoruna qarşı sanksiyalardan yayınmağa ən çox kömək edən beş ölkədən idxal olunan mallara da rüsumların 100 faiz artırılması planlaşdırılır. Həmin dövlətlərin adlarını ABŞ-ın ticarət nümayəndəsi digər dövlət qurumları ilə birlikdə müəyyənləşdirəcək.

Gununsesi.info