Oktyabrın 16-da dünya bazarlarında neftin qiymətində kəskin artım qeydə alınıb.
Gununsesi.info xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin bir barelinin qiyməti 4,40 faiz artaraq 101,41 dollara çatıb.
Londonun ICE (Intercontinental Exchange) birjasında isə “Brent” markalı neftin qiyməti 4,52 faiz yüksələrək 109,95 dollar olub.
Qeyd edək ki, neftin qiyməti bir barel üzrə hesablanır. Bir barel 158,98 litrdir.










