Əli Kərimlinin Məhkəməsi başlayır - AXCP LİDERİNİ BU HAKİMLƏR MÜHAKİMƏ EDƏCƏK

  • Müəllif: Firuzə
  • 23 Oktyabr 2026 21:22

Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və onun müavini Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə prosesi noyabrın 3-də başlayacaq.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, işə hakim Vüqar Quliyevin sədrliyi ilə, hakimlər Elmin Rüstəmov və Şəlalə Həsənovadan ibarət məhkəmə kollegiyası baxacaq.
Qeyd edək ki, AXCP sədri hakimiyyəti zorla ələ keçirməyə və ya onu zorla saxlamağa, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunur.

Əli Kərimli ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

Gununsesi.info