İlqar Məmmədov ABŞ-da keçirilən parlament seçkilərinin nəticələrinin Donald Trampın İran siyasətinə mümkün təsirlərini şərh edib.
Gununsesi.info xəbər verir ki, Məmmədovun fikrincə, Tramp İrana nüvə zərbəsi endirməmişdən əvvəl Amerika xalqı onun partiyasını parlament seçkilərində səsvermə yolu ilə ağır məğlubiyyətə uğradıb.
O, Trampın bu nəticəyə bilərəkdən nail olmağa çalışmış ola biləcəyini də istisna etmir. Məmmədov bunu İsrailin baş naziri Benyamin Netanyahunun Tramp üzərindəki təzyiqini azaltmaq istəyi ilə əlaqələndirir.
Məmmədov qeyd edir ki, Demokrat namizədlərin əksəriyyəti yeni İran müharibəsinə qarşı mövqe sərgiləsələr də, seçkidən sonra onların mövqelərinin dəyişməsi mümkündür.
Məmmədovun diqqət çəkdiyi digər məqam isə yeni Konqresin fəaliyyətə başlamasına qədər yaranan təxminən iki aylıq keçid dövrüdür.
Onun sözlərinə görə, yeni Konqres ilk iclasını yalnız yanvarın əvvəlində keçirəcək.
İlqar Məmmədov hesab edir ki, Vaşinqtonda siyasi hakimiyyət balansının dəyişdiyi bu müddət ərzində Benyamin Netanyahu ABŞ-ı özünün istədiyi müharibəyə cəlb etmək cəhdlərini davam etdirə bilər.
Elmar











