Politoloq Kamran Cəfərov ABŞ Konqresində mümkün siyasi dəyişikliklər və komitələrə rəhbərlik məsələsi ilə bağlı fikirlərini bölüşüb.
Gununsesi.info xəbər verir ki, politoloqun sözlərinə görə, Senat və Nümayəndələr Palatasında siyasi nəzarətin demokratlara keçməsi halında komitələrin rəhbər heyətində də dəyişikliklər baş verəcək.
Cəfərov qeyd edib ki, belə bir ssenaridə respublikaçıların rəhbərlik etdiyi komitələrdə vəzifələr demokratların nümayəndələrinə veriləcək, nəticədə Konqresin komitələrində nəzarət demokratlara keçəcək.
Eyni zamanda, Senat və Nümayəndələr Palatasının rəhbərliyində də dəyişikliklər gözlənilə bilər.
Politoloq xüsusilə ABŞ Konqresinin Beynəlxalq Münasibətlər Komitəsində və insan hüquqları, o cümlədən siyasi repressiyalara qarşı strategiyaların hazırlanması ilə məşğul olan altkomitələrdə demokratların sərt mövqeyi ilə tanınan konqresmenlərinin təmsil olunmasının vacibliyini vurğulayıb.
Qeyd edək ki, Kamran Cəfərovun bu fikirləri ABŞ Konqresində mümkün siyasi qüvvə dəyişikliyinin beynəlxalq münasibətlər və insan hüquqları istiqamətindəki fəaliyyətə təsirləri ilə bağlı gözləntiləri əks etdirir.
Elmar











