“Türkiyə və Azərbaycan qardaş xalqlardır. Şuşa Bəyannaməsi bu tarixi, mədəni əlaqələri rəsmi çərçivəyə salıb”.
Gununesi.info-nun xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarında deyib.
Dövlət başçısı bildirib ki, Azərbaycanla Türkiyəni birləşdirən etnik köklərdir, ortaq tarixdir: “Bu böyük sərvətdir. Bizim birliyimiz, qardaşlığımız sarsılmazdır. Bunu sarsıtmaq istəyənlər heç vaxt arzularına çatmayacaq. Heç kimə imkan vermərik ki, bizim aramıza girsin, yaxud bizim birliyimizə öz şəxsi maraqları naminə kölgə salsın”.








