Vətəndaş Unibankdan narazılıq edir.
Gununesi.info xəbər verir ki, bu barədə vətəndaş sosial şəbəkədə paylaşım edib:
Şikayətçi bildirib ki, son aylarda kredit üzrə etdiyi əlavə ödənişlər əsas borcdan çıxılmır və hesabında da əks olunmur.
Onun sözlərinə görə, hər dəfə ödəniş etdikdən sonra məbləğin əsas borcdan çıxılıb-çıxılmadığını yoxlamaq məcburiyyətində qalır:
“Şikayətim Unibankladır. Son aylarda kredit ödənişləri zamanı əlavə ödədiyim məbləğ əsas borcdan çıxılmır, hesabda da görünmür. Hər dəfə kredit ödənişindən sonra mütləq yoxlamaq lazımdır ki, borcdan məbləğ çıxılıb, ya yox. Əgər əsas borcdan azalmırsa, bu pul niyə hesabda görünmür? İşçilər isə məbləğin hesabda olduğunu deyirlər”.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Günay











