114A nömrəli avtobus sınıq şüşə ilə sərnişin daşıyır

Pirəkəşkül və Müşfiqabad istiqamətində işləyən 114A nömrəli avtobus sınıq şüşə ilə xəttə çıxıb

Vətəndaşlar vəziyyətdən narahat olaraq Gununesi.info-ya müraciət ediblər.

Onlar bildiriblər ki, 114A nömrəli marşrut avtobusunun qabaq şüşəsi sınıq olmasına baxmayaraq, nəqliyyat vasitəsi xəttə buraxılıb.

Sakinlər avtobusların texniki vəziyyətindən narazılıq edərək bu istiqamətdə sərnişindaşımanın vəziyyətinin ürəkaçan olmadığını qeyd ediblər.

Onların sözlərinə görə, bu cür nəqliyyat vasitələrinin xəttə buraxılması sərnişinlərin təhlükəsizliyi baxımından narahatlıq doğurur.

Vətəndaşlar aidiyyəti qurumlardan məsələyə müdaxilə etməyi və avtobusların texniki vəziyyətini yoxlamağı xahiş edirlər.

 

Banu

Gununesi.info