Rusiya Prezidenti Vladimir Putin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ( KTMT ) Moskvada keçirilən sammitinin konstruktiv nəticələrini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, o, bu barədə Tacikistan Prezidenti Emoməli Rəhmonla görüşündə bildirib.
“Dünən həmkarlarımla KTMT regionunda təhlükəsizlik məsələlərini müzakirə etdik və fikrimcə, bütün müzakirələrimiz müsbət və yaxşı nəticələrlə başa çatdı”, – deyə dövlət başçısı qeyd edib.
Onun sözlərinə görə, iştirakçılar “bu vacib sahədə birgə işləmək üçün ortaq öhdəliklərini təsdiqləyiblər”.
Maqsud











