İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Fars körfəzində supertankerin batırıldığını açıqlayıb.
Gununesi.info xəbər verir ki, İran hərbçilərinin iddiasına görə, 2 milyon bareldən çox neft daşıyan gəmi dəniz minasına düşərək partlayıb və batıb.
SEPAH Hörmüz boğazında partlayışdan sonra ikinci neft tankerində də yanğın baş verdiyini bildirib.












