Xırdalanda güclü külək avtomobillərə ziyan vurdu

  • Müəllif: Firuzə
  • 15 Noyabr 2026 23:08

Abşeron rayonu, Xırdalan şəhərində güclü külək nəticəsində maddi ziyanla nəticələnən hadisə baş verib.

Gununesi.info xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsi, 26A ünvanında qeydə alınıb.

Belə ki, güclü küləyin təsirindən həyətdə yerləşən taxta konstruksiya aşaraq həyətdə park edilmiş avtomobillərin üzərinə düşüb.

Nəticədə ümumilikdə 7 avtomobilə ziyan dəyib.

Gununesi.info