Rusiya və Ukrayna böyük əsir mübadiləsinə hazırlaşır.
Gununesi.info xəbər verir ki, bunu Rusiya ombudsmanı Yana Lantratova bildirib.
Qeyd edək ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndələri arasında baş tutan üçtərəfli danışıqların yekununda genişmiqyaslı əsir mübadiləsi barədə razılıq əldə olunub.
Rusiya ilə Ukrayna arasında ən son əsir mübadiləsi bu oktyabrın 23-də baş tutub. Moskva və Kiyev 270-in 270-ə nisbətində əsir mübadiləsi həyata keçiriblər.











