ABŞ-ın Demokratlar Partiyası Kaliforniyadan olan senator Kamala Harrisin noyabrda keçiriləcək seçkilərdə ölkənin vitse-prezidentliyinə namizədliyini təsdiqləyib.
Gununsesi.info TASS agentliyinə istinadən xəbər verir ki, qərar partiyanın Miluoki şəhərində (Viskonsin ştatı) keçirilən qurultayında qəbul edilib.
K.Harris öz çıxışında qeyd olunan vəzifəyə namizədliyə razı olduğunu bildirib.
Qeyd edək ki, K.Harris peşəkar hüquqşünasdır. O, 2011-2017-ci illərdə Kaliforniya ştatının baş prokuroru olub.
Gununsesi.info











