Ramiz Mehdiyevin kürəkəninə 15 sutka verildi - YENİLƏNİB + VİDEO

  • Müəllif: admin
  • 22 Avqust 2020 13:13

Abşeron Rayon Məhkəməsində Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevə hökm oxunub. 

Gununsesi.info xəbər verir ki, o, 15 sutka inzibati həbs cəzası alıb.

Avqustun 18-də qız övladına toy mərasimi keçirən keçmiş deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron rayon məhkəməsinə gətirilib.

Gununsesi.info-nun məlumatına görə,  karantin rejiminin tələblərini pozduqları üçün məhkəmə qarşısına çıxarılıblar.

Onlar İnzibati Xətalar Məcəlləsinin (İXM) 211.1-ci maddəsi ilə ittiham olunurlar.

Prosesə hakim Şövkət Nəcəfovanın icraatında baxılır.

 

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev və qudası Rövşən Mustafayev Abşeron Rayon Məhkəməsinə gətirilir.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, bu, avqustun 18-də sabiq deputatın öz bağ evində qızı Fidan Əliyeva üçün keçirdiyi toy mərasimi ilə bağlıdır.

Karantin qaydalarını pozduqları üçün cəmiyyətdə geniş müzakirələrə səbəb olan toy sahibləri barədə qanunamüvafiq formada ölçü götürüləcək.

Əlavə məlumat verəcəyik.

Gununsesi.info