YAP qurultaya gedir - ONLAR YOLA SALINIR+SİYAHI

  • Müəllif: admin
  • 24 Avqust 2020 11:35

 

Yeni Azərbaycan Partiyası sentyabr ayında  qurultay keçirəcək.  Bu barədə Gununsesi.info-ya hakim partiyanın rəhbərliyindəki mənbə bildirib.

Məlumata görə, qurultayda YAP-ın nizamnaməsində dəyişiklik ediləcək. Bundan başqa partiyanın İdarə Heyəti və Siyasi Şurasında illərdir ki, təmsil olunan bir çox adamlar öz postlarından uzaqlaşdırılacaq.

Gununsesi.info YAP-da “vurulacaq” bəzi adamların kimliyini də öyrənib.

 

Həmin şəxsləri təqdim edirik:

YAP-da sədr müavini postundan:

  1. Əli Həsənov (Baş nazirin sabiq müavini)
  2. Akif Əlizadə (AMEA-nın sabiq prezidenti) 

İdarə Heyətindən:

  1. Əli Həsənov (PA-nın sabiq şöbə müdiri)
  2. Hacıbala Abutalıbov (baş nazirin sabiq müavini)
  3.  Abel Məhərrəmov (BDU-nun sabiq rektoru)
  4. Akif Əlizadə -Yeni Azərbaycan Partiyasının Sədr müavini
  5. Əli Həsənov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri, professor
  6. Əli Həsənov – Yeni Azərbaycan Partiyasının Sədr müavini
  7. Yusif Hümbətov – «Azərsutikinti» Səhmdar Cəmiyyətinin sədri
  8. Nizami Xudiyev – Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri
  9. Eldar İbrahimov – Milli Məclisin deputatı
  10. Kərim Kərimov – Yeni Azərbaycan Partiyası İcra Katibliyinin əməkdaşı

Siyasi Şuradan

 

  1. Fatma Abdullazadə – PA-nın sabiq şöbə müdiri
  2. Hacıbala Abutalıbov – baş nazirin sabiq müavini
  3. Elnur Aslanov – PA-nın sabiq şöbə müdiri
  4. Hüseynqulu Bağırov – sabiq nazir
  5. Əli Abbasov – Sabiq nazir
  6. Akif Əlizadə -AMEA-nın sabiq prezidenti

öz postları ilə vidalaşaqlar.

 

Nəzarət Təftiş Komissiyasından

  1. Sədr Məhəmməd Məmmədov  (“Aztelekom”un keçmiş rəhbəri)
  2. İlham Əliyev (Sabiq deputat)

Xəbərdə, həmçinin o da bildirilir ki, ölkənin iqtisadiyyat naziri Mikayıl Cabbarov hakim partiyada sədr müavini postunu tutacaq.

 

Gununsesi.info