Ramiz Mehdiyev Əfv Komissiyasının sədrliyindən uzaqlaşdırıldı

  • Müəllif: admin
  • 26 Avqust 2020 09:59

Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev tutduğu vəzifədən azad olunduğu üçün, Əfv Məsələləri Komissiyası sədri vəzifəsindən də kənarlaşdırılıb.

Bu sözləri Gununsesi.info-ya Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib. Onun sözlərinə görə, hazırda Əfv Komissiyasının sədrliyi Prezident Administrasiyasının yeni rəhbəri Samir Nuriyev həyata keçirir.

Gununsesi.info