Xüsusi karantin rejimi uzadılacaq

  • Müəllif: admin
  • 20 Avqust 2021 12:49

Sentyabrın 1-dən xüsusi karantin rejiminin uzadılması nəzərdə tutulur.

Gununsesi.info xəbər verir ki, bunu Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov jurnalistlərə açıqlamasında deyib.

“Pandemiya hələ bitməyib. Yəqin ki, Operativ Qərargahın bununla bağlı qərarı olacaq”, – deyə Prezidentin köməkçisi qeyd edib.