Abşeron rayonunda təmizlik aksiyası keçirilib - FOTOLAR

  • Müəllif: admin
  • 23 İyul 2023 15:06

Bu gün “Təmiz ölkəm” aksiyası çərçivəsində Abşeron rayonu, Masazır kəndi, Duz gölü ətrafında təmizlik aksiyası keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və regional bölmələrinin, Abşeron Rayon İcra Hakimiyyətinin, YAP Abşeron rayon təşkilatının və könüllülərin iştirakı ilə keçirilən iməcilik zamanı 5.8 ha ərazidən ümumilikdə 370 kq tullantı təmizlənərək daşınıb.

Hər kəsi məsuliyyətini dərk edərək ətraf mühiti təmiz saxlamağa, əraziləri çirkləndirmədən, təmiz istifadə etmək vərdişinə yiyələnməyə çağırırıq.

Gununsesi.info