Bərdədən Xocalı-Xankəndi marşrutu üzrə ilk reys yola düşdü

  • Müəllif: Şəbnəm
  • 14 Sentyabr 2024 10:36

Bərdə-Xocalı-Xankəndi marşrutu üzrə təşkil edilən ilk reys Bərdədən yola düşüb.

Gununsesi.info xəbər verir ki, şəhər avtovağzalından hərəkətə başlayan mikroavtobusun ilk sərnişinləri tarixi hadisəyə şahid olduqları üçün məmnun olduqlarını bildirdilər.
Qeyd edək ki, gündə üç reys təşkil olunacaq. Bir biletin qiyməti isə 2 manat 80 qəpikdir.