Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) kollektivi Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edib.
MEDİA-dan Gununsesi.info-ya bildirilib ki, kollektiv tərəfindən soyqırımı abidəsinin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.












