Zurabişvilinin evinin qarşısında atışma baş verdi

  • Müəllif: Günel
  • 03 May 2025 23:30

Gürcüstanın beşinci prezidenti Salome Zurabişvilinin Tiflisin mərkəzində yerləşən Boris Kuftin küçəsindəki evinin qarşısında atışma baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə Zurabişvili Feysbuk hesabında məlumat verib.

“O səhər saat 4:20 radələrində Gudiaşvili bağının yaxınlığında və birbaşa mənim evimin qarşısında hay-küy qalxdı: təxminən 40 nəfərlik bir qrup qışqırırdı, dalaşırdı və nəhayət silah tətbiq olundu – 8 güllə, biri mənim həyətimə düşdü”, – deyə Zurabişvili yazıb və hadisə yerindən istintaq tədbirlərindən sonra çəkilmiş fotoları paylaşıb.(Axar.az)

Gununsesi.info