Aprelin 13-dən Yaponiyanın Osaka şəhərində “Həyatımız üçün gələcək cəmiyyəti formalaşdıraq” mövzusunda “Osaka, Kansai Ekspo 2025” dünya sərgisi fəaliyyətə başlayıb.
Gununsesi.info xəbər verir ki, ümumilikdə 165 ölkə və 7 beynəlxalq təşkilatın təmsil olunduğu beynəlxalq sərgidə “Azərişıq” ASC də iştirak edir.
Qeyd edək ki, “Ekspo 2025” dünya sərgisi oktyabrın 13-dək fəaliyyət göstərəcək. 184 gün ərzində sərgiyə 28 milyon ziyarətçinin gəlişi gözlənilir.
Qabaqcıl texnologiyaların tətbiqi, ən son innovativ yeniliklər və dayanıqlı inkişaf sahəsində bir çox uğurlara imza atan “Azərişıq” ASC bu sahədə təşkil olunan yerli və beynəlxalq tədbirlərdə mütəmadi olaraq iştirak edir, ölkəmizi layiqincə təmsil etməyə çalışır.


















