Çimərliyə ildırım düşdü - 3 nəfər öldü

  • Müəllif: Firuzə
  • 14 İyul 2025 16:05

Rusiyanın Tula vilayətində çimərlikdə istirahət edənlər ildırım vurması nəticəsində həlak olublar.

Gununsesi.info xəbər verir ki, bu barədə yerli KİV Rusiya İstintaq Komitəsinə istinadən məlumat yayıb.

İlkin məlumata görə, 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Hadisənin təfərrüatları araşdırılır.

Gununsesi.info