Polis sahilyanı əraziləri zibilliyən 20 nəfəri cərimələdi

  • Müəllif: Firuzə
  • 16 İyul 2025 16:50

Polis əməkdaşları tərəfindən digər müvafiq dövlət qurumları ilə birgə ətraf mühitin mühafizəsi və Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

Bu barədə Gununsesi.info-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sahilboyu ərazilərdə keçirilən növbəti tədbirlər zamanı Xətai rayonunda 13, Qaradağ və Suraxanı rayonlarının hər birində 2, Binəqədi rayonunda isə 3 nəfərin məişət tullantılarını tutumlarından (urnalardan) kənar yerlərə atması müəyyən edilib və ümumilikdə 20 nəfər barəsində inzibati tədbir görülüb.

Gununsesi.info