Rusiya Erməniləri İttifaqının sədri Paşinyanı istefaya çağırdı

  • Müəllif: Firuzə
  • 17 İyul 2025 15:26

“Nikol Paşinyan Ermənistanın baş naziri vəzifəsindən getməlidir, ya da növbəti seçkilərdə iştirak etməməlidir”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Erməniləri İttifaqının (UAR) rəhbəri Ara Abramyan RİA Novosti-yə bildirib.

“Bu adam baş nazir ola bilməz. Erməni xalqı haqqında bir az da olsa fikirləşirsə, elə indi deməlidir: “Mən gedirəm”. Onun üçün düzgün olan yeganə şey budur”, – Barmyan vurğulayıb.

Onun fikrincə, Paşinyan seçicilərə verdiyi vədləri yerinə yetirməyib.

Gununsesi.info