Onlar İlham Əliyevdən öyrənməyə çalışırlar… - Markov

  • By Admin2
  • 19 İyul 2025 14:08

Bu gün III Şuşa Qlobal Media Forumunun ən önəmli hissəsi Azərbaycan Prezidenti İlham Əliyevin çıxış edəcəyi hissədir.

Gununsesi.info Teleqraf-a istinadən xəbər verir ki, bunu rusiyalı politoloq, Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, İlham Əliyev müasir dövrün ən təcrübəli liderlərindən biridir.

“Digər ölkələrin rəhbərləri Azərbaycan Prezidentindən öyrənməyə çalışırlar”, – Markov bildirib.

Bunan əlavə, Sergey Markov Şuşa Qlobal Media Forumunun mövzusuna toxunaraq vurğulayıb ki, hazırda Rusiyada süni intellekt sahəsində inkişaf zəif gedir:

“Hökumət bu sahənin inkişafı istiqamətində müəyyən addımlar atır. Biz artıq fərqindəyik ki, süni intellekt gələcək üçün çox böyük perspektivlər vəd edir”.

Gununsesi.info