“Bakı Moskvanı beynəlxalq məhkəməyə versə, rəsmi hökmləri gözləyəcəyik”

  • Müəllif: Orxan
  • 21 İyul 2025 15:26

“Faktla bağlı istintaq hərəkətləri aparılır, araşdırma gedir. Əgər Azərbaycan Aktau yaxınlığında təyyarə qəzası ilə bağlı Rusiya Federasiyasına qarşı beynəlxalq məhkəmə instansiyalarında iddia qaldırsa, Moskva rəsmi hökmləri gözləyəcək”.

Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə söyləyib.

Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 19-u Xankəndidə III Şuşa Qlobal Media Forumunda bildirib ki, Azərbaycan AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan təyyarəsi ilə bağlı beynəlxalq ədliyyə sisteminə müraciət edəcək və Rusiya tərəfi artıq bununla bağlı məlumatlandırılıb.

Gununsesi.info