Mərdəkanda 1 nəfər dənizdə batdı

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Xəzər rayonu Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Gununsesi.info -ya verilən xəbərə görə, məlumatla əlaqədar dalğıc-xilasedicilər axtarışlara cəlb olunub.

Hazırda batdığı ehtimal olunan şəxsin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.