Çindən qatarla yük daşımaları 2 dəfə artdı

  • Müəllif: Firuzə
  • 28 İyul 2025 17:01
ADY bu ilin 6 ayında Çindən 199 blok-qatar qəbul edib. 
Gununsesi.info xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC məlumat yayıb.Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox artım deməkdir.

Bu ilin birinci yarısında ümumilikdə blok-qatarlarla 20 min TEU yük daşınıb, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.