Prezident İlham Əliyev Mərakeşin Kralı VI Məhəmmədə təbrik məktubu ünvanlayıb.
Gununsesi.info xəbər verir ki, məktubda deyilir:
“Əlahəzrət,
Əziz Qardaşım,
İslam həmrəyliyi, ortaq dini-mənəvi dəyərlər ilə bir-birinə bağlı olan xalqlarımız və ölkələrimiz arasında əlaqələr bizim üçün böyük əhəmiyyət daşıyır. Qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən dövlətlərarası münasibətlərimizin bugünkü səviyyəsi məmnunluq doğurur.
Əminəm ki, ənənəvi dostluq əlaqələrimiz, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da möhkəmlənəcək və yeni məzmunla zənginləşəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş xalqınıza daim əmin-amanlıq və rifah arzulayıram”.












