Su İdman Sarayının qarşısında qəza olub, ölən var

  • Müəllif: Firuzə
  • 15 Avqust 2025 11:03

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info report-a istinadən xəbər verir ki, Səbail rayonu, Əhəd Yaqubov küçəsi 15 ünvanında yerləşən Su İdman Sarayının qarşısında Ağsu rayon sakini, 1996-cı il təvəllüdlü Məmmədov Tural Səlimxan oğlu idarə etdiyi “Hyundai” markalı avtomaşınla hərəkətdə olan zaman piyada qismində yolu keçən 1969-cu il təvəllüdlü Zeynalov Rəhim Bahadur oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanıb.

Gununsesi.info