Liviyanın şərqindəki silahlı qüvvələrin lideri və 2020-ci ildə özünü ölkənin başçısı elan edən Xəlifə Haftar oğlunu Baş Qərargah rəisi təyin edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Xəlifə Haftar oğlu Səddam Həftəri özünə müavin təyin etdikdən sonra oxşar addımı daha atıb.
Haftar oğlu Xalid Haftarı Əbdürraziq ən-Nazurinin yerinə Baş Qərargah rəisi təyin edib.
Haftar qüvvələrinin sosial media hesabından edilən açıqlamada Xalid Haftarın general rütbəsinə yüksəldildiyi və Baş Qərargah rəisi təyin edildiyi bildirilib.
Əvvəllər təhlükəsizlik bölmələrinə komandanlıq edən Xalid Haftar həm də Liviyanın şərqindəki 106-cı briqadanın komandiri idi .
Haftar avqustun 11-də digər oğlu Səddam Haftarı özünə müavin təyin edib.
Orxan










