Şimali Osetiyada Bizans dövrünə aid xəzinə tapıldı

  • Müəllif: Günel
  • 21 Avqust 2025 19:25

Arxeoloqlar Şimali Osetiyadakı Mamison kurortu ərazisində 150-dək qədim məzar aşkar ediblər.

Gununsesi.info xəbər verir ki, araşdırmalar Rusiya Elmlər Akademiyasının İskit-Alan Tədqiqat Mərkəzi tərəfindən həyata keçirilib.

Tapıntılar arasında Bizans dövrünə aid xəzinə, Abbasilər dövrünə aid (8-ci əsrin sonu – IX əsrin əvvəllərinə) gümüş ərəb dirhəmi aşkarlanıb.

Qazıntılar zamanı xristianlıqdan əvvəl, Bizans ənənələrinin mədəni irsini əks etdirən qrifin təsvirləri olan medalyonlar da tapılıb.

Gununsesi.info