Şəkidə 11 yaşlı uşaq ürək çatışmazlığından ölüb

  • Müəllif: Firuzə
  • 25 Avqust 2025 11:52

Şəkidə 11 yaşlı uşaq qəfil ölüb.

Gununsesi.info-nun məlumatına görə, hadisə rayonun Cumakənd kəndində baş verib.

Kənd sakini, 2014-cü il təvəllüdlü Rüzgar Ağabalayevin qəfil halı pisləşib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. R.Ağabalayev ürək çatışmazlığından xəstəxanada vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

 

Gununsesi.info