İnsan bədəninə ət yeyən parazit sızdı, ilk dəfə ABŞ-də görüldü

  • Müəllif: Orxan
  • 25 Avqust 2025 12:03

ABŞ-də Salvadordan qayıdan şəxsdə ət yeyən parazit aşkarlanıb. Bu, ölkədə epidemiya bölgəsindən qeydə alınan ilk insan hadisəsidir.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamenti (HHS) Merilend ştatında yaşayan bir şəxsdə ət yeyən Yeni Dünya vida qurdunun aşkar edildiyini açıqlayıb.

Sözügedən xəstənin bu yaxınlarda Salvadordan ABŞ-yə qayıtdığı bildirilib.

HHS sözçüsü Endryu Nikson, bunun ABŞ-da yayılan bir bölgədən qaynaqlanan ilk insan hadisəsi olduğunu qeyd edərək , “Bu hadisənin ictimai sağlamlıq riski çox aşağıdır” deyib.

Mütəxəssislər bu xəstəliyin “miyoz” adlanan infeksiya olduğunu və milçək sürfələrinin insan toxumasında əmələ gəldiyi zaman baş verdiyini bildirirlər.

Orxan

Gununsesi.info